03 Aprel 2024, 17:29
FUTBOL
“Beşiktaş”ın yarımmüdafiəçisi Baxtiyar Zaynutdinov Rusiyaya qayıda bilər. Matc.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü konkret iki klubun gündəmindədi.
Moskva MOİK-inin sabiq oyunçusu “Spartak” və “Krasnodar”ın transfer gündəmindədi. Hər iki komanda Türkiyə nəhəngi ilə razılığa gəlməyə çalışır. İstanbullular 25 yaşlı oyunçunun satışından 4-5 milyon avro tələb edib. Ancaq Rusiya klubları 2-2,5 milyon təklif edib.
Zaynutdinov gələn mövsümdən Türkiyədə əcnəbi futbolçu sayılacağı üçün “Beşiktaş” onunla yolları ayırmağa hazırlaşır.
Qeyd edək ki, Baxtiyar Zaynutdinov cari mövsüm Türkiyə çempionatında 24 oyun keçirib.