03 Aprel 2024, 17:11
FUTBOL
“Liverpul” Yurgen Kloppun yerinə baş məşqçi axtarışını davam etdirir. Matc.az xəbər verir ki, “qırmızılar”ın variantlarından biri “Brayton”un çalışdırıcısı Roberto De Zerbidi.
İtaliyalı mütəxəssislə bağlı ilk cəhd uğursuz olub. “Brayton” rəhbərliyi təklifi rədd edib. Lakin “Liverpul” tezliklə ikinci təklifi edəcək. “Qırmızılar” eyni zamanda başqa variantları da nəzərdən keçirir. De Zerbinin isə karyerasını Almaniyada davam etdirmək variantı da istisna edilmir.
Qeyd edək ki, Yurgen Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.