“Real” gənc futbolçular Leni Yoro və Franko Mastantononu heyətinə qatmağı planlaşdırır. Matc.az xəbər verir ki, “kral klubu”nun onlar üçün danışığının qısa müddətdə həll olunması gözlənilir.

Madridlilərin fikrincə, əsas heyəti gücləndirmək üçün gənc və istedadlı futbolçulara ehtiyac var. Bu baxımdan Yoro və Mastantono heyətdə rəqabət yarada bilər.

Xüsusən də, Yoro “Real” üçün prioritet hədəfdi. Onun meneceri Xorxe Mendeş 18 yaşlı fransızın hazırda çıxış etdiyi “Lill”lə danışıqlar apardığını bildirib.

Argentinanın “River Pleyt” klubunda çıxış edən Franko Mastantononun müqaviləsində 45 milyon avro məbləğində sərbəst qalma maddəsi var. Məbləğə 50 milyona yüksələ bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest