“Sevilya”nın yarımmüdafiəçisi Oliver Torres Türkiyəyə köçə bilər. Matc.az xəbər verir ki, ispaniyalı futbolçu “Trabzonspor”un transfer hədəfindədi.

Türkiyə klubu 29 yaşlı orta sahə oyunçusuna daha 1 mövsüm uzatmaq şərti ilə 3 illik müqavilə təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir. Razılıq əldə olunsa, Torres yayda “bordo-mavililər”lə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Oliver Torres bu mövsüm La Liqanın 25 matçında iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest