03 Aprel 2024, 16:08
FUTBOL
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerin qazancı uğurlu mövsümdən sonra arta bilər. Matc.az xəbər verir ki, Premyer Liqa klubu oyunçusunu maaş artımı da daxil olmaqla təkmilləşdirilmiş müqavilə ilə mükafatlandırmağa hazırlaşır.
Ötən il “Mançester Siti”dən transfer olunan 21 yaşlı hücumameyilli futbolçu həftədə 80 min funt-sterlinq qazanır. Palmerin sözləşməsi daha bir il uzatmaq şərti ilə 7 illikdi. “Zadəganlar” onun hazırkı məvacibindən daha çoxuna layiq olduğunu düşünür.
Palmer cari mövsüm Premyer Liqada keçirdiyi 24 oyunda 13 qol, 8 assistlə yadda qalıb.