03 Aprel 2024, 15:50
FUTBOL
“Barselona” Ruben Amorimlə anlaşmağa ümid edir. Matc.az xəbər verir ki, digər Top-klublar çalışdırıcı ilə daha çox maraqlandığından, kataloniyalılar “Sportinq”in baş məşqçisinin razılığını tez almağa çalışırlar.
Xabi Alonso “Bayer”də qalmaq niyyətini bildirdikdən sonra İspaniya təmsilçisi Amorim uğrunda mübarizəyə başçılıq edir. Portuqaliya mütəxəssis eyni zamanda “Liverpul”un da maraq dairəsindədi. Bu üzdən o, variantları nəzərdən keçirmək üçün vaxt istəyib.
Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb.