03 Aprel 2024, 17:22
FUTBOL
Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandası üçün seminar keçirilib. Matc.az xəbər verir ki, seminara AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek rəhbərlik edib.

Seminarda VAR-ın oyunöncəsi hazırlıq prosesi izah olunub və müvafiq epizodlar üzərində VAR müdaxilələri (oyundankənar vəziyyətin qeydə alınması, penalti epizodları və s.) müzakirə edilib.
Eyni zamanda, yaranan suallar cavablandırılıb.