Türkiyə 1-ci liqasının 28-ci turunda Azərbaycan milli komandasının futbolçuları üz-üzə gəlib.
 
Matc.az xəbər verir ki, Bəxtiyar Həsənəlizadənin çıxış etdiyi “Tuzlaspor” Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor”u qəbul edib.
 
Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Həsənəlizadə ilk dəqiqələrdən matçın sonuna qədər meydanda olub. Diniyev isə 90+4-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, bu heç-heçədən sonra “Tuzlaspor” 28 xalla 15-ci, “Ümraniyəspor” isə 34 xalla 11-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest