03 Aprel 2024, 19:21
FUTBOL
"Yuventus" "Volfsburq"un müdafiəçisi Maxens Lakroix uğrunda "Milan"la mübarizə aparacaq.
Matc.az xəbər verir ki, futbolçunun Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. İtalyanlar iyulda Lakroixi 10-15 milyon avro və bonuslar müqabilində alacaqlarına ümid edirlər.
Bu mövsüm fransalı Bundesliqa və Almaniya kubokunda 26 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 23 yaşlı mərkəz müdafiəçisini 20 milyon avro məbləğində dəyərləndirib.