04 Aprel 2024, 08:48
FUTBOL
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib. Matc.az xəbər verir ki, o, Türkiyə Superliqasının XXXI turunda “Fənərbaxça” ilə keçirilən oyunda sıradan çıxıb.
Qarşılaşmaya start heyətində başlayan qolkiper birinci hissənin sonlarında sol ayağından xəsarət alıb. İlk yarını zədəli halda tamamlayan Məhəmmədəliyev fasilədən sonra mübarizəni davam etdirə bilməyib. Bu səbəbdən məşqçilər korpusu onu əvəzləməli olub.
Şahruddinin hesab 1:1 olarkən əvəzləndiyi qarşılaşma “Fənərbaxça”nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.