“İnter Mayami” KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Monterrey”ə uduzub - 1:2. Matc.az xəbər verir ki, görüş Fort Lauderdeyldəki "Çeyz” stadionunda baş tutub.

“İnter Mayami” 19-cu dəqiqədə hesabı açsa da, David Ruiz qırmızı vərəqə aldıqdan sonra vəziyyət dəyişib. Nəticədə iki qol vuran “Monterrey” səfərdən 2:1 hesablı qələbə ilə dönüb.

“İnter Mayami”nin kapitanı Lionel Messi zədə ucbatından görüşü buraxıb. Luis Suares, Serxio Buskets və Jordi Alba isə bütün matçı əvəz edilmədən keçirib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 11-də Monterreydəki “BBVA Bankomer” stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest