“Cənubi Afrikaya vurduğum qol sürətli alındı”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia ölkəsinin mətbuatına açıqlamasında deyib. Əlcəzair millisinin 29 yaşlı futbolçusu Cənubi Afrika ilə keçirilən beynəlxalq yoldaşlıq görüşündə akrobatik tullanışla vurduğu qolu dəyərləndirib.
“Cənubi Afrikaya vurduğum qol sürətli alındı”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia ölkəsinin mətbuatına açıqlamasında deyib.
Əlcəzair millisinin 29 yaşlı futbolçusu Cənubi Afrika ilə keçirilən beynəlxalq yoldaşlıq görüşündə akrobatik tullanışla vurduğu qolu dəyərləndirib.
Benzia bunu normal qol hesab edib: “Tək toxunuşla topu sağ ayağımla havaya qaldırdım və sol ayağımla akrobatik tullanışla zərbə vurdum. Çılğın səsləndiyini bilirəm, amma buna təəccüblənmədim. Mənim oyunum budu. Bu baxımdan həmişə bacarığım olub. “Lion”da olarkən “9 nömrə” idim. Cərimə meydanı daxilində yer seçə bilirəm”.
Qeyd edək ki, Əlcəzair millisinin Cənubi Afrika ilə 3:3 hesablı heç-heçə etdiyi görüşdə Yassin Benzia 2 qol vurub, 1 assist edib.