Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 21 yaşadək futbolçulara ən çox şans verən klubları açıqlayıb. Matc.az xəbər verir ki, qurum Azərbaycan Premyer Liqasında çıxış edən klublarla bağlı da araşdırma aparıb.

Araşdırmaya əsasən, çempionatımızda gənclərə ən çox güvənən komanda “Qarabağ”dı. Son bir il ərzində Ağdam təmsilçisinin heyətində çıxış edənlərin 6,2 faizinin yaşı 21-dən aşağı olub.

"Zirə" bu baxımdan ikinci pillədə qərarlaşıb. "Sabah" və "Neftçi" ilk "3-lüy"ü bölüşdürürlər.

1. “Qarabağ” – 6,2 faiz

2. “Zirə” - 4,6

3-4. “Sabah” – 4,3

3-4. “Neftçi” - 4,3

5. “Qəbələ” - 3,7

6. “Turan Tovuz” - 3,3

7. “Sumqayıt” - 3,2

8. “Kəpəz” - 1,9

9. “Araz-Naxçıvan” - 0,3

10. “Səbail” - 0,1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest