“Oyunboyu dominantlıq etdik, topa daha çox nəzarət etdik”. Matc.az xəbər verir ki, bunu 19 yaşadək qızlardan ibarət Monteneqro millisinin baş məşqçisi İvan Tatar deyib. U-19 yığmamız AVRO-2025-in ikinci seçmə qrup mərhələsinin ilk turunda Monteneqroya 0:4 hesabı ilə məğlub olub.

“Oyunboyu dominantlıq etdik, topa daha çox nəzarət etdik”. Matc.az xəbər verir ki, bunu 19 yaşadək qızlardan ibarət Monteneqro millisinin baş məşqçisi İvan Tatar deyib.

U-19 yığmamız AVRO-2025-in ikinci seçmə qrup mərhələsinin ilk turunda Monteneqroya 0:4 hesabı ilə məğlub olub.

İvan Tatar ölkəsinin mətbuatına açıqlamasında daha çox qol şansı yaratdıqlarını bildirib: “Azərbaycan millisinə qapıya zərbə vurmaq imkanı vermədik. Özümüz isə çox sayda şans qaçırdıq. Qələbəyə tam layiq idik, ancaq daha böyükhesablı qalibiyyət əldə edə bilərdik”.

Qeyd edək ki, millimiz II tur çərçivəsində aprelin 6-da Bolqarıstanla üz-üzə gələcək. Monteneqro isə həmin gün Latviyanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest