“Neftçi” Azərbaycan Kubokunda ən böyükhesablı məğlubiyyətini alıb. Matc.az xəbər verir ki, bu, yarımfinal mərhələsində “Qarabağ”la ilk oyunda reallaşıb. “Neftçi Arena”da keçirilən görüşdə ev sahibləri 4 cavabsız top buraxıblar.
“Neftçi” Azərbaycan Kubokunda ən böyükhesablı məğlubiyyətini alıb. Matc.az xəbər verir ki, bu, yarımfinal mərhələsində “Qarabağ”la ilk oyunda reallaşıb.
“Neftçi Arena”da keçirilən görüşdə ev sahibləri 4 cavabsız top buraxıblar. Buna qədər “ağ-qaralar” kubokda cəmi bir dəfə böyükhesablı məğlubiyyət alıb. Komanda 2009-10 mövsümündə “İnter”ə 0:3 hesabı ilə yenilib.
“Neftçi” 14 mövsümdən sonra aldığı böyükhesablı məğlubiyyətlə yenə ev matçında üzləşib. Amma bu dəfə paytaxt təmsilçisi antirekordla yadda qalıb.