04 Aprel 2024, 11:34
FUTBOL
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında 7 qol vurulub. Matc.az xəbər verir ki, “Qarabağ” səfərdə “Neftçi”nin qapısından 4 cavabsız top keçiribsə, “Zirə” – “Qəbələ” qarşılaşmasında birincilər 2:1 hesablı qələbə qazanıb.
Bu isə son 15 mövsümün yarımfinal mərhələlərinin ən yüksək məhsuldarlığıdı. Bundan daha çox qol 2008-09 mövsümündə qeydə alınıb.
Həmin vaxt yarımfinalın ilk matçlarında 8 qol vurulmuşdu. “Qarabağ” səfərdə “Bakı”ya 2:1, “İnter” evdə “Qəbələ”yə 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarımfinalın cavab oyunları aprelin 24-də keçiriləcək.