PSJ Fransa Kubokunun yarımfinal mərhələsində “Renn” üzərində 1:0 hesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, bununla Paris klub tarixində 20-ci dəfə finala yüksəlib.

PSJ bununla həlledici qarşılaşmada iştirak sayına görə “Marsel”i (19) qabaqlayıb. Görüşdə yeganə qola 40-cı dəqiqədə Kilian Mbappe imza atıb.

Qeyd edək ki, PSJ-nin finaldakı rəqibi “Lion”du. Həlledici matç mayın 25-də “Pyerr-Muroy” stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest