“Mançester Siti”nin aparıcı futbolçuları Kevin De Bruyne və Erlinq Haland İngiltərə Premyer Liqasının XXXI turunda “Aston Villa” ilə oyunda iştirak etməyiblər. Matc.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola bunun səbəbini açıqlayıb.

İspaniyalı mütəxəssis onların zədəli olmadıqlarını bildirib: “Haland və De Bruyneyə istirahət verdik. Onlar oynaya bilərdilər, amma istirahət verdik. Hər matçda bizə yeni oyunçular lazımdı. Cəmi üç gün əvvəl “Arsenal”la oyunumuz oldu. Bir az rotasiya lazım idi, çünki təqvim bunu tələb edir”.

Qeyd edək ki, oyun “Mançester Siti”nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest