04 Aprel 2024, 13:57
FUTBOL
“Benfika”nın yarımmüdafiəçisi Anxel Di Mariya klubda qala bilər. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira paylaşım edib.
Lissabon təmsilçisi 36 yaşlı argentinalı ilə müqaviləni daha bir il uzatmaq istəyir. Dünya çempionu razılıq versə, sözləşməsi 2025-ci ilin yayına qədər uzadılacaq. Onun hazırkı müqaviləsi mövsümün sonuna qədərdi.
Qeyd edək ki, Anxel Di Mariya bu mövsüm 41 oyunda 15 qol vurub, 12 məhsuldar ötürmə verib.