“Liverpul”un sağ cinah müdafiəçisi və vitse-kapitanı Trent Aleksander-Arnold gələcəkdə hansı mövqedə oynamaq istədiyi ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu yarımmüdafiədə də özünü rahat hiss etdiyini bildirib.
“Qərarı həmişə məşqçi verir. İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytlə bu məsələni müzakirə etdik. O, bu və ya digər mövqedə necə oynamalı olduğumu söylədi. İldən-ilə inkişaf etdim, getdikcə daha çox yarımmüdafiəçiyə çevrildim. Yarımmüdafiədə topa sahib olmaqdan və komandanın uğurunun bir hissəsi olmaqdan zövq alıram”, - deyə Trent söyləyib.
O, oyun zamanı mövqeyini dəyişməyin oyununa mənfi təsir etmədiyini vurğulayıb: “Bunun mənim üçün fərqi yoxdu. Sadəcə, oynamaq istəyirəm. Müdafiəçi, yoxsa mərkəz yarımmüdafiəçisi? Əslində hər ikisi. Hər şey məşqçinin dəqiq nə istədiyindən asılıdı”.