FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan yığması siyahıda 1 pillə irəliləyib.

Yığmamız aktivindəki 1177,83 xalla 112-ci yerə yüksəlib.

Hesabat dövründə komandamız Bakıda keçirilmiş “FIFA series - Edition 2024” layihəsində Monqolustanı 1:0 hesabı ilə məğlub edib, Bolqarıstanla heç-heçə edib - 1:1.

Siyahıya son dünya çempionu Argentina (1855,2) başçılıq edir. Fransa (1845,44) ikinci, Belçika (1798,46) üçüncü pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest