“Liverpul”un baş məşqçisi Yurgen Klopp çempionluq titulu uğrunda mübarizədə favorit sayılmaları ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis bunun elə də önəm kəsb etmədiyini düşünür.

O, bütün görüşlərə ciddi yanaşmaq məcburiyyətində olduqlarını söyləyib: “Hazırda bizim üçün vacib olan favoritlərin kimliyi deyil, “Şeffild Yunayted”lə matçdı. “Arsenal”a uduzanda heç kim bizi favorit adlandırmırdı. Mən buna tam əminəm. Peşəkar, emosional olmalıyıq, amma düzgün şəkildə. Bacardığımız qədər yaxşı futbol oynamağa çalışmalıyıq. Heç bir zəmanət yoxdu, yalnız imkanlar var. Bir fürsəti nə qədər aydın görsəniz, ondan istifadə etmək ehtimalınız bir o qədər yüksək olar”.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında 29 turdan sonra lider “Arsenal”dan 1 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest