04 Aprel 2024, 16:24
FUTBOL
“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia ölkəsi Əlcəzairdə mart ayının ən yaxşı futbolçusu seçilə bilər. Matc.az xəbər verir ki, 29 yaşlı oyunçu bu ada namizəd göstərilib.
Onun həm milliyə dönüşü zamanı sərgilədiyi performans, həm də klubundakı çıxışı mükafata iddia etməsi üçün kifayət edib. Benzianın rəqibləri “Vitess”in oyunçusu Anis Hac Mussa və “Vulverhempton”da çıxış edən Rayan Ayt Nuridi.
Azarkeşlər arasında keçirilən səsvermə aprelin 8-də başa çatacaq.