“Barselona” futbolçularını tiktokerlərdən qorumaq üçün polisə müraciət edib. Matc.az xəbər verir ki, klubun bazasının girişində müdafiəçi İniqo Martineslə azarkeş arasında baş verən son münaqişənin ardından klub Kataloniya polisinin nümayəndələri ilə bir sıra məsləhətləşmələr aparıb.

“Barselona” rəhbərliyi bazanın yaxınlığında tiktokerlərin olmasını, futbolçuları münaqişəyə sövq etməsini “xroniki problem” hesab edir. Onların fikrincə, bu amil oyunçuların təhlükəsizliyini təhlükə altına atır.

Komanda dünən məşq edərkən iki polis əməkdaşı yaxınlıqda növbə ilə xidmət edib. Məşq başa çatdıqdan sonra futbolçuların mühafizəsi üçün bazanın girişi yaxınlığında polislərin növbətçiliyi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest