Braziliya millisinin sabiq müdafiəçisi Kafu 1998-ci il dünya çempionatının finalında Fransaya uduzmaları ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, “sambaçı” yenilgini müxtəlif səbəblərlə əlaqələndirib.

O, əsas amil kimi hücumçuları Ronaldonun səhhətində problem yaşamasını göstərib: “Hamı məndən bunun səbəbini soruşur. Çünki Fransa Braziliya yığmasından üstün idi. Braziliya yaxşı oynamadı, psixoloji cəhətdən yaxşı hazırlaşmadıq. Ronaldodan narahat idik. Onun problemi var idi və görüşə 6-7 saat qalmış xəstəxanaya aparılmışdı. Oynayıb-oynamayacağını az adam bilirdi. Biz stadiona çatanda Ronaldo qayıtdı və oynayacağını dedi”.

Qeyd edək ki, DÇ-1998-də Fransa millisi Braziliyanı 3:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest