"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın yarımmüdafiəçisi Meyson Maunt haqda danışıb.
 
Matc.az xəbər verir ki, mütəxəssis futbolçunun komanda üçün vacib oyunçuya çevriləcəyinə əmin olduğunu bildirib:
“Maunt növbəti addımı atmaq istəyir. Əminəm ki, o, gələcəkdə "Mançester" üçün böyük oyunçu olacaq. "Çelsi" onu saxlamaq istədi və ona bir neçə dəfə yeni müqavilə təklif etdi. Bununla belə, o, bura gəlib “Mançester Yunayted”in oyunçusu olmaqda qərarlı idi. Ona çox inanıram”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest