04 Aprel 2024, 19:28
FUTBOL
"Arsenal"ın baş məşqçisi Mikel Arteta hücumçu Bukayo Sakanın İngiltərə Premyer Liqasında dünənki "Luton"la matçda iştirak etməməsinin səbəbini açıqlayıb.
Matc.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlama verib:
“Bukayo matçda iştirak etməyə yaxın idi, lakin “Mançester Siti” ilə matç öncəsi yaşananlar təkrarlandı. O, özünü pis hiss etməyə başladı. Ümid edirəm ki, o, cümə axşamı məşqdə iştirak edə və həftəsonu "Brayton"a qarşı oynaya bilər”
Bu mövsüm 22 yaşlı Bukayo İngiltərə çempionatında 13 qol vurub, 8 məhsuldar ötürmə edib.