04 Aprel 2024, 19:59
FUTBOL
"Real"ın baş məşqçisi Karlo Ançelotti qışda mərkəz müdafiəçisi almaq istəyirdi.
Matc.az xəbər verir ki, David Alaba zədələndikdən sonra "Los Blankos"un baş məşqçisi klubdan müdafiənin mərkəzində yeni oyunçu almağı xahiş etsə də, rəhbərlik italiyalıya rədd cavabı verib.
Qeyd edək ki, 30 turdan sonra "Real" İspaniya çempionatının turnir cədvəlində liderdir. Ançelottinin komandasının 75 xalı var. İkinci yerdə qərarlaşan “qaymaqlılar”la “Barselona” arasındakı fərq 8 xaldır.