04 Aprel 2024, 20:29
FUTBOL
"Nyukasl" yay transfer pəncərəsində müdafiəsini gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə “Football Insider” nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, "sağsağanlar" Sven Botman və Camal Lascellesin ciddi zədələri səbəbindən iki mərkəz müdafiəçisini transfer etməyə diqqət yetirəcəklər.
Xatırladaq ki, hər 2 futbolçunun çarpaz bağları yırtılıb. Keçirilən 30 turun nəticələrinə əsasən, "Nyukasl" İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci yerdədir. Komandanın aktivində 44 xal var.