05 Aprel 2024, 09:23
FUTBOL
İngiltərə Premyer Liqasının XXXI turunda “Şeffild Yunayted”i qəbul edən “Liverpul” 3:1 hesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, “mersisaydlılar” bu görüşdə 83,1 faiz topa sahib olub.
Bu rəqəm 2003-04 mövsümündən statistik məlumatlar toplanandan bəri liqada rekord göstəricidi. Bu, həm də klubun rekordudu. Əvvəlki Premyer Liqa rekordu 2018-ci ildə “Suonsi” ilə görüşdə 82,9 faizlə “Mançester Siti”yə məxsus idi.
Qeyd edək ki, “Liverpul” 70 xalla turnir cədvəlinə başçılıq edir.