Azərbaycan Premyer Liqasında XXIX tur start götürüb. Matc.az xəbər verir ki, bu gün turun açılış oyunu keçirilib.

Günün yeganə matçında “Araz-Naxçıvan”la “Kəpəz” qarşılaşıb. Naxçıvan təmsilçisi rəqibini “Liv Bona Dea Arena”da qəbul edib. Görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun digər oyunları 6-7 apreldə keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXIX tur

5 aprel

“Araz-Naxçıvan” – “Kəpəz” 1:2 

Qollar: Kuzmanoviç, 16 - Martins Junior, 54. Mate Kvirkvia, 63

Baş hakim: Fərid Hacıyev

“Liv Bona Dea Arena”

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç

 
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 4. İqor Ribeyro
 
Baş məşqçi: Azər Bağırov
 
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
 
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili
 
Baş məşqçi: Adil Şükürov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest