05 Aprel 2024, 10:54
FUTBOL
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXXI turunda “Stemford Bric”də “Çelsi”yə 3:4 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, qarşılaşma unikal göstərici ilə yadda qalıb.
90+10 və 90+11 dəqiqələrdə Koul Palmerin dublu sayəsində “qırmızı şeytanlar” İngiltərə Premyer Liqası tarixində 100-cü dəqiqədə öndə olarkən iki qol buraxaraq məğlub olan ilk komanda olub.
Qeyd edək ki, 29 oyunda 43 xal toplayan “Çelsi” 10-cu pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 30 matçda 48 xal yığıb və 6-cı sıradadı.