05 Aprel 2024, 11:19
FUTBOL
“Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço bu mövsüm Premyer Liqada üçüncü dublunu reallaşdırıb. Matc.az xəbər verir ki, 19 yaşlı vinger çempionatın XXXI turunda səfərdə “Çelsi”yə 3:4 hesabı ilə uduzduqları görüşdə rəqibi 2 dəfə məyus edib.
Bununla o, 1998-99 mövsümündə Maykl Ouendən sonra 19 yaşınadək 2 qol vuran ilk oyunçu olub. Argentinalının üç dublu var.
Qeyd edək ki, Qarnaço cari mövsüm 28 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib.