05 Aprel 2024, 12:54
FUTBOL
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymarın peşəkar karyerası ərzində qazandığı məbləğ müəyyənləşib. Matc.az xəbər verir ki, braziliyalı peşəkar futbola başlayandan bəri 933,2 milyon avro qazanıb.
Bu məbləğdə maaşlar, sponsorluqlar və bütün digər gəlir mənbələri nəzərə alınır.
Qeyd edək ki, Neymar karyerası ərzində bundan əvvəl “Santos”, “Barselona” və PSJ-də çıxış edib.