05 Aprel 2024, 17:56
FUTBOL
“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”la keçiriləcək oyun ərəfəsində fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu düşərgələrində hər şeyin qaydasında olduğunu bildirib.
Lakin Müller “Arsenal”a ciddi yanaşmağın vacibliyini əlavə edib: “Bu, “Bavariya”nın əvvəllər məğlub etdiyi “Arsenal” deyil. Biz mərhələ adlamaq üçün daha çox mübarizə aparmalıyıq. Amma əminəm ki, “topçular”ı məğlub edəcəyik”.
Qeyd edək ki, “Bavariya” ilə “Arsenal” arasında ilk oyun aprelin 9-da Londonda olacaq.