“Çelsi”nin sabiq hücumçusu Didye Droqba təcavüz cinayətlərindən həbs cəzası alan Braziliya millisinin sabiq futbolçuları Dani Alveş və Robinyo haqqında danışıb. Matc.az xəbər verir ki, o, cəmiyyətdə bu problemin getdikcə böyüdüyünü bildirib.

Droqba futbolçuların belə, həyatlarında boşlular buraxdıqlarını etiraf edib: “İrqçilik kimi, bu da müasir cəmiyyətin problemli əksidir. Onlar futbolçuların pis obrazını yaradırlar. Bunlar böyük karyeraları olan keçmiş oyunçulardı. Lakin yaşananlar göstərir ki, bütün insanların zəif tərəfləri var. Bu baş verə bilər, bunu etiraf etmək kədərlidi. Layiqli həyat sürmək üçün böyük futbolçu olmaq kifayət deyil”.

Qeyd edək ki, Dani Alveş 4,5 il müddətinə azadlıqdan məhrum edilmiş, sonra 1 milyon avroluq təzminat ödənişi sayəsində azadlığa buraxılmışdı. Robinyo isə zorlamada iştirak etdiyinə görə 9 il həbs cəzası alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest