Yarımmüdafiəçi Daniel Sebalyos “Real”ı tərk edə bilər. Matc.az xəbər verir ki, ispaniyalı futbolçunun karyerasını İngiltərədə davam etdirmək variantı yaranıb.

Konkret olaraq “Nyukasl” 27 yaşlı orta sahə oyunçusunu yayda heyətinə cəlb etməyi planlaşdırır. Klublar arasında danışıqlara artıq start verilib.

Qeyd edək ki, Daniel Sebalyos bu mövsüm “Real”ın heyətində 21 oyun keçirib, 1 qol, 1 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest