“Liverpul” baş məşqçi Yurgen Kloppun əvəzləyicisini müəyyənləşdirib. Matc.az xəbər verir ki, İngiltərə klubu namizədlər arasında birinin üzərində dayanıb.

Klub rəhbərliyi “Sportinq”in çalışdırıcısı Ruben Amorimin keçidində israrlıdı. Portuqaliyalı mütəxəssis “qırmızılar” üçün əsas hədəfdi. Premyer Liqa təmsilçisi hətta 39 yaşlı mütəxəssis üçün lissabonlulara 20 milyon avro sərbəst qalma məbləğini ödəməyə hazırdı.

Qeyd edək ki, Ruben Amorim 2020-ci ildən “Sportinq”ə rəhbərlik edir. Yurgen Klopp isə mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest