“Napoli”nin prezidenti Aurelio De Laurentis mümkün mühasibat saxtakarlığı ilə bağlı ifadə verib. Matc.az xəbər verir ki, söhbət hücumçu Viktor Osimxenin 2020-ci ildə “Lill”dən Neapol təmsilçisinə transferindən gedir.

Rəsmi olaraq “Napoli” nigeriyalı üçün 70 milyon avro ödəyib. Lakin eyni mövsümdə İtaliyanın gənclərdən ibarət komandasından üç futbolçusu ümumilikdə təxminən 20 milyona “Lill”ə keçib. Bununla belə, oyunçuların heç biri Fransada bir oyun keçirməyib. Onların hamısı sonradan İtaliyaya qayıdıb.

İttiham tərəfi hesab edir ki, “Napoli” öz oyunçularının qiymətini şişirdib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest