05 Aprel 2024, 13:32
FUTBOL
“Barselona”nın yarımmüdafiəçisi Joao Feliks komandasında görmək istədiyi həmyerlisini açıqlayıb. Matc.az xəbər verir ki, hazırda Kataloniya klubunda icarə əsasında çıxış edən portuqaliyalı “Mançester Siti”nin üzvü Bernardo Silva ilə birgə oynamaq arzusundadı.
O, növbəti mövsüm həm özünün qalmasını, həm də Silva ilə çiyin-çiyinə çıxış etməyi istədiyini vurğulayıb: “Ümid edirəm ki, “Barselona” Silvanı transfer edəcək. O, məndən “Barselona” haqqında soruşdu. Burada özümü əla hiss etdiyimi dedim və ona kluba qoşulmağı tövsiyə etdim”.
Qeyd edək ki, Joao Feliks müqavilə ilə “Atletiko”ya məxsusdu. Bernardo Silva isə cari mövsüm Premyer Liqada keçirdiyi 26 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.