“Barselona”da çiyin-çiyinə çıxış etmiş Andres İnyesta və Boyan Krkiç yeni klub almaq istəyirlər. Matc.az xəbər verir ki, onlar birgə Danimarkanın “Helsinqor” klubunun səhmlərini almaq niyyətindədi.

İnyestanın şəriki Joel Borras, həmçinin Krkiçin daxil olduğu qlobal idman, əyləncə və marketinq şirkəti NSN “Helsinqor”u almağa yaxındı. İnyesta və şəriklərinin səhmlərin 85 faizi üçün 2 milyon avro ödəməsi gözlənilir.

Qeyd edək ki, “Helsinqor” hazırda Danimarkanın I liqasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest