05 Aprel 2024, 20:53
FUTBOL
"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayş PSJ-yə keçə bilər.
Matc.az xəbər verir ki, parislilər braziliyalını transfer etmək uğrunda mübarizədə "Arsenal" və "Mançester Yunayted"i qabaqlayır. Bruno gələn mövsüm Çempionlar Liqasında oynamaq istəyir.
PSJ futbolçuya görə təzminat ödəməyə hazırdır, "sağsağanlar" isə FFP qaydalarına əməl etmək üçün oyunçunu satmalı olacaq.