Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, onun çıxış etdiyi LKS “Krakoviya”nın qonağı olub.
 
27-c turda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Rahil komandası hesabda 2 dəfə geri düşsə də, 1 xal qazanmağı bacarıb. Lodz təmsilçisi 86-cı dəqiqədə məğlubiyyətdən qaça bilib. Məmmədov 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, LKS 18 xalla turnir cədvəlinin sonuncu pilləsini tutur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest