06 Aprel 2024, 10:37
FUTBOL
“Uşaqlar bu gün həqiqətən çox yaxşı döyüşdü”.
Matc.az xəbər verir ki, bunu "Sumqayıt" basketbol klubunun baş məşqçisi Teymur Hüseynov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasında “Xəzri” üzərində qazanılan qələbəni şərh edib: "Mən basketbolçulara bu oyunun son şans olduğunu söyləmişdim. Növbəti hədəf "Sabah"dır. 4-cü periodda bir qədər oyundan düşdük. Xeyli səhvə yol verdik. Amma qələbə istəyi dadımıza çatdı. Amil Həmzəyevin meydana çıxması işimizi çətinləşdirdi. O, zədə ilə oynadı. Bizim heyət çox gəncdir, komandanı arxasınca aparan təcrübəli basketbolçumuz yoxdur. Bəzi oyunlarda səhvlərimiz olmasaydı, biz artıq pley-offda idik. Sonda taym-aut götürməyimiz rəqib düşərgəsində narazılığa səbəb oldu. Amma əvvəlcədən bildirmişdim ki, top bizdə olanda taym-aut götürəcəyik. NBA-da belə hallarda taym-autdan istifadə edirlər. Komandamız çempionatda ardıcıl 3 oyundur qalib gəlir. Biz bunu bacarmalı idik".
Qeyd edək ki, “Sumqayıt” “Xəzri”ni 84:77 hesabı ilə məğlub edib.