Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları davam etdirilib.
 
Matc.az xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma keçirilib. Əvvəlcə “Turan-Tovuz” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş tovuzluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Daha sonra "Səbail" Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı olub. Görüş ağdamlıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Azərbaycan Premyer Liqası
06 aprel
29-cu tur
 
"Turan Tovuz" – "Sabah" 2:0 
Qol: Aleks Souza, 26. Otto Con, 86
Tovuz, Şəhər Stadionu. Baş hakim: Əliyar Ağayev.

"Turan Tovuz":13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 21. Aleks Souza

Ehtiyat oyunçular:1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con

Baş məşqçi: Ayxan Abbasov

"Sabah": 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Cesse Sekidika, 3. Con İrasabal, 27. Jarl Marqarita

Ehtiyat oyunçular:1. Yusif İmanov, 16. Rustam Samigullin, 5. Rəhman Daşdəmirov, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 28. Kahim Parris, 90. Oluvaseun Timilehin

Baş məşqçi: Krunoslav Renduliç


"Qarabağ" – "Səbail" 4:2

Qol: Benzia, 15, 41. Toral Bayramov, 69. Nəriman Axundzadə, 90 -  Nir Bardea, 7. Rüfət Abdullazadə, 88
Bakı, Tofiq Bəhramov adına stadion. Baş hakim: Nicat İsmayıllı.

“Qarabağ”: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 7. Yassin Benzia, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Səbail": 1. Səlahət Ağayev,74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 44. Yadin Luqasi, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest