“İlk oyunlar hər zaman çətin olur. Çünki sonuncu rəsmi görüşümüzlə bu qarşılaşma arasında çox vaxt keçmişdi”. Matc.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

“İlk oyunlar hər zaman çətin olur. Çünki sonuncu rəsmi görüşümüzlə bu qarşılaşma arasında çox vaxt keçmişdi”. Matc.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis Avropa çempionatının seçmə mərhələsində B Liqasının 1-ci qrupunda səfərdə Macarıstanla keçirilən oyundan sonra fikirlərini bölüşüb.

O, 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın ardından rəqib barədə xoş sözləş işlədib: “Toplanış keçə bilməmişdik. Rəqib çox güclü kollektiv idi. Macarıstan yığması ötən mövsüm UEFA Millətlər Liqasının A divizionunun bir addımlığında idi, pley-off mərhələsinə yüksəlmişdi. Lakin bu mərhələdə məğlub olaraq B Liqasına düşdülər. Bir sözlə, həm futbolçularının keyfiyyətinə, həm də komanda oyununa görə üst səviyyəli kollektivdi”.

Baş məşqçi hesabda geri düşmələrinə baxmayaraq, komandasının toparlandığını bildirib: “Hesabda geri düşməyimizə baxmayaraq, futbolçular özlərində güc tapdılar, xarakter göstərdilər və bərabərlik qolunu vudular.  Əzmkarlıq nümayiş etdirərək, sonadək hesabı qoruyub saxlaya bildik. Bakıdakı oyunda da xarakter göstərib, layiqli nəticə qazanmağa çalışacağıq. Komandamı təbrik edirəm”.

Qeyd edək ki, yığmamız II turda, aprelin 9-da Bakıda İsveçrəni qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest