19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız Bolqarıstanla qarşılaşıb. Latviyada təşkil olunan görüş bolqarların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız Bolqarıstanla qarşılaşıb.

Latviyada təşkil olunan görüş bolqarların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, U-19 ilk matçında Monteneqroya 0:4 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, yığmamız aprelin 9-da Latviya ilə görüşəcək.

U-19 qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi

Qrup mərhələsi, II tur

6 aprel

Bolqarıstan – Azərbaycan - 1:0

Baş hakim: Vesna Miletiç (Bosniya və Herseqovina)

Salaspils, “Salaspils BSS” stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest