Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) futbol tarixinin ən uzun qələbə və məğlubiyyətsizlik seriyalarını açıqlayıb. Matc.az xəbər verir ki, qalibiyyət seriyası davam edən Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal” siyahıya liderlik edir. Adıçəkilən komanda son uğurlu nəticə ilə bütün turnirlərdə qələbə sayını 32-yə çatdırıb.
“Ferensvaroş” və “Nasional” klublarının da aktivində 32 qələbə var. Lakin onlar daxili birincilikdə buna nail olublar.
Qələbə seriyaları:
Bütün turnirlərdə: “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 32
Milli çempionatlarda: “Ferensvaroş” (Macarıstan), “Nasional” (Uruqvay) – 32
Beynəlxalq oyunlarda: “Bavariya” (Almaniya) – 16
Qitə kuboklarında: “Oklend Siti” (Yeni Zelandiya) – 16
Çempionlar Liqasında: “Bavariya” (Almaniya) – 15
Məğlubiyyətsizlik seriyaları:
Bütün turnirlərdə: “Seltik” (Şotlandiya) – 66
Daxili yarışlarda: “Styaua” (Rumıniya) – 119
Milli çempionatlarda: “ASEK Mimosas” (Fil Dişi Sahili) – 108
Milli çempionatlarda evdə: “Kano Pillars” (Nigeriya) – 202
Beynəlxalq oyunlarda: “Bavariya” (Almaniya) - 22
Beynəlxalq oyunlarda evdə: “Mançester Yunayted” (İngiltərə) – 57
Qitə kuboklarında: “Oklend Siti” (Yeni Zelandiya) – 29
Çempionlar Liqasında: “Mançester Yunayted” (İngiltərə) – 25
Çempionlar Liqasında evdə: “Barselona” (İspaniya) - 38