Adı Azərbaycan millisinin baş məşqçisi postu ilə hallanan Stanislav Çerçesov Avropa çempionatının favoritlərini açıqlayıb. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis 2 komandanı xüsusi fərqləndirib.
Onun fikrincə, çempionluğa ən real namizədlər Almaniya, Fransa və İngiltərədi: “Bu dəfə Avropa çempionatına getməyəcəyəm, amma təbii ki, izləyəcəm. Almaniya yığmasında məşqçi dəyişikliyi olub və son oyunlar müsbət dəyişikliklər etdiyini göstərir. Almaniya, xüsusən də, ev sahibi kimi favoritdi. Fransa millisi də ardıcıl yüksək nəticələr göstərir. Bu komandanın məşqçisi (Didye Deşam) belə turnirlər üçün böyük təcrübəyə malikdi. Onların Killian Mbappe kimi lideri var. Deməli, belə komanda turnirin qalibi olmağı qarşısına məqsəd qoymalıdı. Həmçinin, turnirdə uzağa getməyi bacaran İngiltərə var”.
Çerçesov AVRO-2024-də sürpriz nəticə də istisna etməyib: “Əminəm ki, tez-tez olduğu kimi, orta səviyyədə hesab edilən komandalar arasından sürpriz çıxacaq. Belə komanda gözlənilməz nəticələrlə favoritlər siyahısına təsir edə bilər”.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.