06 Aprel 2024, 12:16
FUTBOL
“Sportinq”in baş məşqçisi Ruben Amorim karyerasını “Liverpul”da davam etdirməyə yaxındı. Matc.az xəbər verir ki, mütəxəssis yaxın günlərdə İngiltərə klubu ilə əməkdaşlığın maliyyə şərtlərini razılaşdıra bilər.
Çünki tərəflər arasında danışıqlar son mərhələdədi. 39 yaşlı portuqaliyalının keçidi “qırmızılar”a 20 milyon avroya başa gələcək. Çünki “Sportinq”lə müqaviləsi 2026-cı ilin yayına qədər olan mütəxəssisin sərbəst qalma məbləği məhz 20 milyondu.
Qeyd edək ki, Ruben Amorim 2020-ci ilin martından “Sportinq”i çalışdırır. Onun rəhbərliyi altında komanda Portuqaliya çempionatının (2020-21), Portuqaliya Kubokunun (2020-21, 2021-22) və Portuqaliya Super Kubokunun (2021-22) qalibi olub.